Xəbərlər
26 Fevral – Xocalı faciəsi
26/02/2026, 16:49

26.02.2026-cı il tarixində Göyçay Gənclər Evi-ndə 26 Fevral – Xocalı faciəsi-nə həsr olunmuş rəsm sərgisi təşkil olundu.
Sərgidə gənclərə Xocalı faciəsinin tarixi, başvermə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat verildi. Təqdim olunan rəsm əsərləri faciənin ağrı-acısını və xalqımızın sarsılmaz iradəsini dolğun şəkildə əks etdirirdi.
Tədbir çərçivəsində Xocalı həqiqətlərini əks etdirən sənədli film nümayiş olundu. İştirakçılar şahid ifadələri və faktlara əsaslanan təqdimatı izləyərək hadisələrin dəhşətini bir daha dərindən hiss etdilər.
Tədbirdə ETİHİ Göyçay RK nümayəndəsi də iştirak edərək faciənin unudulmamasının və gənc nəslə doğru şəkildə çatdırılmasının vacibliyini vurğuladı.








