Xəbərlər
“26 fevral-Xocalı soyqırımı”
26/02/2026, 14:25

Ağcabədi Rayon Uşaq Gənclər İdman və Şahmat Məktəbi ,tədris müəssisələrinin şahmatçı şagirdləri arasında “26 fevral-Xocalı soyqırımı” faciəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilir
♟️♟️ Şahmat yarışında qrupu üzrə ümumilikdə 120 nəfər şahmatçı şagirdlər iştirak edir.
Xocal faciəsinin il dönümü və xalqın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Uşaq Gənclər İdman və Şahmat məktəbinin həmkarlar təşkilatının sədri Yeganə Həsənovanın, idman təşkilatının rəhbəri Rauf Musayevin və ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə məktəblərarası şahmat turnirinə start verildi.
🏆🥇 ETİHİ Ağcabədi Rayon Komitəsi adından şahmatçılara uğurlar!












