Xəbərlər
26 fevral – Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Neftçala Rayon Komitəsi Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
02/03/2026, 17:43

26 fevral – Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Neftçala Rayon Komitəsi və Neftçala rayon Təhsil sektorunun rəhbərliyi və kollektivi Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Onlar şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.
Xocalı faciəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və şəhidlərimizin xatirəsi daim uca tutulacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






