Xəbərlər
26 Fevral-Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş, Mini-Futbol üzrə Sabirabad rayon ümumtəhsil məktəbləri arasında yarış keçirilmişdir.

ETİHİ sabirabad rayon Komitəsi və Sabirabad rayon UGİŞM-in təşkilatçılığı ilə 26 Fevral-Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş, Mini-Futbol üzrə Sabirabad rayon ümumtəhsil məktəbləri arasında yarış keçirilmişdir.
Yarışda 1 ci yeri Sabirabad rayon Surra kənd tam orta ümumtəhsil məktəbinin komandası, 2 ci yeri Sabirabad şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası, 3-cü yeri isə Sabirabad rayon Qalağayın kənd tam orta ümumtəhsil məktəbinin komandası tutmuşdur.
Yarışın qalibləri ETİHİ Sabirabad rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.








