“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ATİAHİ Xətai Rayon Komitəsi tərəfindən rayon ərazisindəki təhsil müəssisələrində çalışan şəhid ailələri, qazilər və müharibə iştirakçılarından ibarət ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Qusar rayonuna səfər təşkil olunmuşdur

26/06/2025, 18:03
xeber1

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ATİAHİ Xətai Rayon Komitəsi tərəfindən rayon ərazisindəki təhsil müəssisələrində çalışan şəhid ailələri, qazilər və müharibə iştirakçılarından ibarət ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Qusar rayonuna səfər təşkil olunmuşdur. Səfər çərçivəsində iştirakçılar təbiət qoynunda gözəl istirahət etmiş, füsunkar mənzərələrdən zövq almış və vaxtlarını maraqlı keçirmişlər.

Tədbirdə Rayon Komitəsinin sədri Sehran Səfərov çıxış edərək 26 İyun – Silahlı Qüvvələr Gününün əhəmiyyətindən, Birinci və İkinci Qarabağ müharibələrində igidlik və qəhrəmanlıq göstərmiş vətən oğullarının şücaətindən bəhs etmişdir. O, eyni zamanda şəhid valideynlərinin və yaxınlarının xalqımızın ən dəyərli sərvəti olduğunu bildirmişdir.

Səfərdə iştirak edən şəhid anaları, yaxınları və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya, eləcə də yaddaqalan səfərin təşkilinə görə AHİK və ATİAHİ rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: