Xəbərlər
"26 İyun Silahlı Qüvvələri günü" ilə əlaqədar ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında "Sərrast Atıcı" hərbi idman turniri keçirildi.

ATİAHİ Zaqatala rayon komitəsi və Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "26 İyun Silahlı Qüvvələri günü" ilə əlaqədar ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında "Sərrast Atıcı" hərbi idman turniri keçirildi.Turnirdə 75 müəllim iştirak etdi.
1- ci yerə Paşan kənd tam orta məktəbin Gənclərin Çağırışaqədərki hazırlıq rəhbəri Süleyman Məmmədov
2- yerə Aşağı Tala kənd 5 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki hazırlıq rəhbəri fiziki tərbiyə müəllimi Əmirov Fizuli
3-cü yerəYuxarı Tala kənd 4 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki hazırlıq rəhbəri İsmayılov Elçin layiq görüldü.
Qalib gələn müəllimlər ATİAHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov tərəfindən qiymətli hədiyyələrlə təltif edildi. İştirakçılar göstərilən diqqət və qayğıya görə ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildirib.








