“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

26 sentyabr 2025-ci il tarixdə ETİHİ Masallı Rayon Komitəsi şəhid ailələrini ziyarət edib

21/10/2025, 11:09
xeber1

26 sentyabr 2025-ci il tarixdə ETİHİ Masallı Rayon Komitəsi şəhid ailələrini ziyarət edib, məzarlar önünə gül dəstələri qoyub

27 Sentyabr – Vətən Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə ETİHİ Masallı Rayon Komitəsi tərəfindən əhatə dairəsində fəaliyyət göstərən müəssisələrdə çalışan şəhid ailələrinə baş çəkilmiş, onların qayğıları dinlənmiş və dərin ehtiram göstərilmişdir.

Komitə sədri Rasim Nurullayev başda olmaqla, əməkdaşlar və məclis uzvləri eyni zamanda Masallı rayonunda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək, üzərlərinə tər çiçək dəstələri qoyamuş və ruhlarına dualar oxumuşlar. Bu ziyarətlər zamanı şəhidlərin göstərdiyi fədakarlığın xalqımızın qürur mənbəyi olduğu bir daha vurğulanmış, onların xatirəsinin daim əziz tutulacağı qeyd edilmişdir.

Tədbirin məqsədi şəhid ailələrinin yanında olmaq, onların ehtiram və qayğıya layiq olduqlarını bir daha göstərmək, gənc nəslə isə vətənpərvərlik ruhunu aşılamaqdır.

ETİHİ Masallı Rayon Komitəsi olaraq bildiririk ki, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların ailələrinə hörmət və dəstəyimizi daim ifadə edəcəyik.

Dastan deyib, dastan olan igidim,

Döyüşündə aslan olan igidim,

Şəhidlikdə zirvə tutan igidim,

Ruhun cənnət, yerin olsun laləzar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: