“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

02/07/2026, 09:06
xeber1

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ETİHİ-nin Daşkəsən rayon komitəsinin sədri İbrahimov Rabil Daşkəsən şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsi məktəbinin əməkdaşları Hərbi Rəhbər Abdullayev Natiq Lətif oğlu və Vətən müharibəsinin iştirakçısı, 44 günlük şanlı Zəfər tariximizin qəhrəman döyüşçüsü Namazov Kamal Çingiz oğlu təltif olunmuşlar. Məktəbin direktoru Hüseynova Aynur İlyas qızı və ETİHİ- nin Daşkəsən rayon komitəsinin sədri İbrahimov Rabil Ələddin oğlu çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək Şəhid olan Şədilərimizi anıldı. Sonra igidlərimizə dərin ehtiramını ifadə etmiş, onların göstərdikləri şücaətin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Sonda təltif olunanlara təşəkkür və təbriklər çatdırılmış, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: