Xəbərlər
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin təşkilatçılığı ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayon Təhsil Sektorunun tərkibində fəaliyyət göstərən I və II Qarabağ müharibəsi veteranları, qazilər və müharibə iştirakçılarının iştirakı iləElm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin təşkilatçılığı ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayon Təhsil Sektorunun tərkibində fəaliyyət göstərən I və II Qarabağ müharibəsi veteranları, qazilər və müharibə iştirakçılarının iştirakı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Çıxışlar zamanı qeyd olunmuşdur ki, Azərbaycan Ordusunun qazandığı şanlı qələbələrin təməlində xalqımızın milli birliyi, dövlətimizin güclü siyasəti və qəhrəman hərbçilərimizin fədakarlığı dayanır. I və II Qarabağ müharibələrinin iştirakçıları keçdikləri şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs etmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulandı.
Müharibə veteranları, qazilər və iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə
Ölkə Prezidenti cənab Ilham Əliyevə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın rəhbərliyinə, ETİHİ Ağstafa Rayon Komitəsi nə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir iştirakçıları Azərbaycan Ordusunun daim qüdrətli, güclü və qalib olmasını arzulayaraq, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabı və Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik etmiş, onlara Vətənimizin keşiyində şərəfli xidmətlərində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzuladılar. münasibətilə tədbir keçirilmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Çıxışlar zamanı qeyd olunmuşdur ki, Azərbaycan Ordusunun qazandığı şanlı qələbələrin təməlində xalqımızın milli birliyi, dövlətimizin güclü siyasəti və qəhrəman hərbçilərimizin fədakarlığı dayanır. I və II Qarabağ müharibələrinin iştirakçıları keçdikləri şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs etmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulandı.
Müharibə veteranları, qazilər və iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə
Ölkə Prezidenti cənab Ilham Əliyevə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın rəhbərliyinə, ETİHİ Ağstafa Rayon Komitəsi nə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir iştirakçıları Azərbaycan Ordusunun daim qüdrətli, güclü və qalib olmasını arzulayaraq, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabı və Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik etmiş, onlara Vətənimizin keşiyində şərəfli xidmətlərində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzuladılar.




