Xəbərlər
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti 44 günlük şanlı Zəfər tariximizin qəhrəman döyüşçüsü.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə ETİHİ-nin Daşkəsən rayon komitəsinin sədri İbrahimov Rabil Daşkəsən rayonunda yerləşən daha bir məktəbdə İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı, 44 günlük şanlı Zəfər tariximizin qəhrəman döyüşçüsü Hərbi Rəhbər Qafarov Nəsimi Elşad oğlu fəxri fərmanla təltif olunmuşdur. Sonra ETİHİ- nin Daşkəsən rayon komitəsinin sədri İbrahimov Rabil və məktəbin direktoru Ələsgərova Sevil çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək Şəhid olan Şədilərimizin xatirəsi anıldı. Sonra igidimizə dərin ehtiram olaraq, onların göstərdikləri qəhrəmanlıqları, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını vurğulamışdırlar. Sonda qəhrəmana təşəkkür olunmuş, bütün tədbir iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.














