Xəbərlər
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə təskil edilmiş tədbir.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ETİHİ-nin Daşkəsən rayon komitəsinin sədri İbrahimov Rabil Daşkəsən rayonu Bayan kənd Mikayıl Mustafayev adına tam orta ümumtəhsi məktəbinin əməkdaşları Qasımov Şahin Əli oğlu və Vətən müharibəsinin iştirakçısı, 44 günlük şanlı Zəfər tariximizin qəhrəman döyüşçüsü Hərbi Rəhbər Əliyev Ceyhun Məşdi oğlu fəxri fərmanla təltif olunmuşdurlar. Sonra ETİHİ- nin Daşkəsən rayon komitəsinin sədri İbrahimov Rabil və məktəbin direktoru Məmmədov Məmməd çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək Şəhid olan Şədilərimizin xatirəsi anıldı. Sonra igidlərimizə dərin ehtiramını olaraq, onların göstərdikləri qəhrəmanlıqları, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Sonda qəhrəmanlara təşəkkür və təbriklər olunmuş, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.








