Xəbərlər
“26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə atıcılıq üzrə İsmayıllı rayon turniri keçirildi.

25 iyun 2026-cı il tarixində İsmayıllı şəhər Heydər Əliyev adına istirahət parkında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri arasında “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə atıcılıq üzrə İsmayıllı rayon turniri keçirildi.
🇦🇿 Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qonaqlar arasında şəhid polkovnik-leytenant Ruslan Tağıyevin atası Fuad Tağıyev və şəhidimizin övladı iştirak edib.
🎯 Turnir ərzində iştirakçılar arasında gərgin və maraqlı mübarizə müşahidə olunub.
🤩Qaliblər təşkilatçılar tərəfindən diplom və medal və hədiyyələrlə təltif ediliblər.











