Xəbərlər
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təşkil olunmuş tədbir.

İyunun 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, ETİHİ- nin Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Daşkəsən Şəhidlər Xiyabanı ziyarət olunub, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusunun şəxsi heyətini, hərbi qulluqçuları, müharibə veteranlarını və şəhid ailələri təbrik edilib.











