“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

26 İyun – Silahlı Qüvvələr Günü

25/06/2026, 10:23
xeber1

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücü və müstəqilliyimizin etibarlı təminatıdır. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar arzulayırıq!

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib.

Tədbirdə rayonun təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri, şəhid övladları, müharibə iştirakçıları və həmkarlar ittifaqının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən “N” saylı hərbi hissənin komandiri, polkovnik Vüqar Tağıyev Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, Silahlı Qüvvələrimizin qazandığı uğurlardan və ölkəmizdə həyata keçirilən uğurlu ordu quruculuğu siyasətindən bəhs edib. O, Azərbaycan Ordusunun Vətənimizin təhlükəsizliyinin, ərazi bütövlüyünün və dövlət müstəqilliyinin etibarlı təminatçısı olduğunu vurğulayıb.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi adından Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyəti 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik olunub, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində yeni uğurlar və daim zəfərlər arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: