Xəbərlər
26 İyun – Silahlı Qüvvələr Günü

ETİHİ Qazax Rk təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil işçilərinin iştirakı ilə təntənəli tədbir keçirilib.
26 İyun – Silahlı Qüvvələr Gününün əhəmiyyətindən bəhs olunaraq Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan danışılıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq torpaqlarımızı işğaldan azad edib və ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazılan şanlı səhifə yaradıb.





