“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə müharibə veteranları və qazilərlə görüş keçirilib

26/06/2025, 18:00
xeber1

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi tərəfindən rayonun ümumtəhsil müəssisələrində çalışan müharibə veteranları və qazilərin iştirakı ilə tədbir təşkil olunmuşdur.


Tədbirin əsas məqsədi ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış, bu gün isə təhsil sahəsində fəaliyyət göstərən müharibə veteranlarına və qazilərə diqqət və qayğının nümayiş etdirilməsi, onların fədakarlığının yüksək qiymətləndirilməsidir. Çıxışlar zamanı Azərbaycan Ordusunun keçdiyi şərəfli yol, Silahlı Qüvvələrin güclənməsi istiqamətində həyata keçirilən tədbirlər və ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyəti vurğulanmışdır.


Görüş zamanı veteran və qazilər öz xatirələrini bölüşmüş, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasında bu cür tədbirlərin mühüm rol oynadığını qeyd etmişlər. Təhsil işçiləri arasında çalışan müharibə iştirakçılarının həm döyüş meydanında, həm də pedaqoji fəaliyyətlərində göstərdikləri xidmətlər xüsusi minnətdarlıqla qeyd olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: