“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

26.05.2025-ci il tarixində Respublikanın Əməkdar müəllimi Qazıyeva Dilarə Halay qızının dəfn mərasimi təşkil olunub.

21/10/2025, 11:02
xeber1

Dilarə müəllimin son mənzilə yola salınması ilə bağlı mərasimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, ATİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev iştirak edib.

Rayon ağsaqqalı Azadxan Haqverdiyev Dilarə müəllimin təhsil, əmək və pedaqoji fəaliyyətindən danışıb.

Mərasimdə Dilarə müəllimin uzun illər fəaliyyət göstərdiyi Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin çoxsaylı müəllim kollektivi, o cümlədən sinif rəhbəri olduğu 8b sinif şagirdləri iştirak edib.

Dilarə müəllimin ailəsinə göstərdiyi diqqət və qayğıya görə Göygöl Rayon İcra Hakimiyyəti başçısı cənab Elvin Paşayevə rayonumuzun təhsil işçiləri adından təşəkkür edirik.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi adından Dilarə Qazıyevanın yaxınlarına və doğmalarına başsağlığı verir. Rayon təhsil işçiləri adından ailəsinin dərdinə şərik olduğumuzu bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: