Xəbərlər
26.05.2026-cı il tarixində Balakən rayonunda ETİHİ Balakən Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu Sektorunun birgə təşkilatçılığı ilə aztəminatlı ittifaq üzvləri ilə görüş keçirilmişdir.

26.05.2026-cı il tarixində Balakən rayonunda ETİHİ Balakən Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu Sektorunun birgə təşkilatçılığı ilə aztəminatlı ittifaq üzvləri ilə görüş keçirilmişdir. Görüşdə ETİHİ Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu Sektorunun müdiri Mehparə xanım Mirzəyeva aztəminatlı ittifaq üzvlərini qarşıdan gələn Qurban Bayramı münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Eyni zamanda, ETİHİ Balakən Rayon Komitəsi tərəfindən onlara ərzaq yardımı göstərilmişdir.




