Xəbərlər
26.12.2025-ci il tarixində Balakən rayonunda ETİHİ Balakən rayon komitəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” şənliyinə həsr olunmuş tədbir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə xanım Mirzəyeva, ETİHİ Balakən Rayon komitəsinin sədri Ramazan Molulov,məktəb rəhbərləri və qabaqcıl təhsil işçiləri çıxış edərək öz təbriklərini çatdırmışlar.
Tədbir rəngarəng musiqi sədaları və əyləncəli proqramla davam etdirilmişdir.
Belə gözəl və əyləncəli tədbirin təşkilinə görə çoxsaylı ittifaq üzvləri adından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.






