Xəbərlər
262 nömrəli tam orta məktəbin kollektivi Quba rayonuna təşkil olunmuş ekskursiyada iştirak edib.

262 nömrəli tam orta məktəbin kollektivi Azərbaycanın dilbər, səfalı və tarixi guşələrindən biri olan Quba rayonuna təşkil olunmuş ekskursiyada iştirak edib.
ETİHİ Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər iştirakçılar üçün həm maraqlı, həm də yaddaqalan olub. Ekskursiya zamanı kollektiv üzvləri Quba rayonunun zəngin təbiəti, tarixi və görməli məkanları ilə yaxından tanış olaraq asudə vaxtlarını səmərəli keçiriblər.
Belə ekskursiyalar əməkdaşların istirahətinin təşkili ilə yanaşı, kollektiv üzvləri arasında ünsiyyətin möhkəmlənməsinə, həmrəylik ruhunun güclənməsinə və xoş təəssüratların formalaşmasına da töhfə verir.
Səfər iştirakçıları onlar üçün yaradılan bu imkana görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı təşkil olunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər





