“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

27 İllik Həsrət Zəfərlə Bitdi

23/07/2026, 13:52
xeber1

23 iyul 1993-cü il tarixində Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal nəticəsində minlərlə insan doğma yurdundan didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ağır zərbə vuruldu.

Lakin xalqımız bu acını heç zaman unutmadı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz fədakarlığı sayəsində 20 noyabr 2020-ci il tarixində Ağdam işğaldan azad edildi və öz doğma sahibinə qovuşdu.

Bu şanlı Zəfərdə müəllim şəhidlərimizin də əziz xatirəsi xüsusi ehtiramla yad edilir. Onlar həm gənc nəslin tərbiyəsində, həm də Vətənin müdafiəsində örnək oldular və adlarını Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk etdilər.

Bu gün Ağdam yenidən qurulur, dirçəlir və həyat öz doğma torpaqlarına qayıdır.

Şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə möhkəm can sağlığı arzulayır, Müzəffər Ali Baş Komandanımıza və rəşadətli Ordumuza sonsuz minnətdarlığımızı bildiririk.

Ruhunuz şad olsun, əziz şəhidlərimiz! Ağdam Azərbaycandır! Qarabağ Azərbaycandır.

Sosial şəbəkələrdə paylaş: