Xəbərlər
27 oktyabr 2026-cı il tarixində ACCA Gold Approved Learning Partner – IMZA Group və UNEC İSE Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “ACCA təhsili və karyera imkanları” mövzusunda seminar keçirildi.

Seminar çərçivəsində tələbələr ACCA beynəlxalq kvalifikasiyası, onun yaratdığı imkanlar, effektiv hazırlıq strategiyaları və maliyyə-mühasibatlıq sahəsində karyera perspektivləri haqqında ətraflı məlumat əldə etdilər.
Tədbirin xüsusi qonaqları olan IMZA Group məzunları öz peşəkar təcrübələrini tələbələrlə bölüşərək karyera yollarında qarşılaşdıqları çətinliklərdən, qazandıqları uğurlardan və gələcək mütəxəssislər üçün vacib məqamlardan bəhs etdilər.
Bu seminar tələbələrin nəzəri biliklərini real iş təcrübəsi ilə əlaqələndirmək, peşəkar hədəflərini müəyyənləşdirmək və gələcək karyeralarına daha inamla addımlamaq baxımından dəyərli fürsət oldu.
Səmərəli əməkdaşlığa və biliklərini bizimlə bölüşdüklərinə görə IMZA Group-a, dəyərli qonaqlarımıza və iştirak edən bütün tələbələrə təşəkkür edirik!










