“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

27 Sentyabr - "Anım Günü" ilə əlaqədar tədbir təşkil olunub

23/09/2026, 20:24
xeber1

Tədbirdə Gəncə - Daşkəsən Regional təhsil idarəsinin müdiri Elçin Kərimov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, şəhid ailələri, məsul əməkdaşlar və məktəblilər iştirak ediblər. Tədbir iştirakçıları İkinci Qarabağ müharibəsinin başladığı ilk gündə düşmən təxribatı nəticəsində şəhid olan eyni ailənin 5 üzvünün, o cümlədən Qaşaltı kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Qurbanova Fidan Elşən qızının və Qurbanov Şəhriyar Nadir oğlunun, həmçinin Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhid olan, həmin məktəbin məzunu Cəfərov Elyəddin Zöhrab oğlunun məzarlarını ziyarət edərək, onların əziz xatirələrini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən rəsmilər 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında mühüm tarixi əhəmiyyət daşıdığını qeyd edərək, Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan xalqının milli iradəsinin, birlik və həmrəyliyinin parlaq nümunəsi olduğunu bildiriblər. Çıxışlarda, həmçinin şəhid ailələrinin və qazilərimizin dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb. Tədbir çərçivəsində məktəblilər tərəfindən Vətən müharibəsi və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: