Xəbərlər
27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət edilib.

27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Komitəsi, hüquq-mühafizə orqanlarının, yerli bələdiyyə idarəetmə orqanlarının, dövlət təşkilatlarının nümayəndələri,və şəhər ictimaiyyəti iştirak ediblər.
Ziyarətdə Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti, tələbə və magistrantları da fəal iştirak ediblər. Universitet kollektivi şəhidlərin müqəddəs xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onların göstərdiyi igidlik və qəhrəmanlığın daim gənc nəslin yaddaşında yaşayacağını vurğulayıblar.









