Xəbərlər
“27 Sentyabr – Anım Günü” qeyd edilib

Şəki şəhər 17 nömrəli tam orta ümumtəhsil məktəbində “27 Sentyabr – Anım Günü” ilə əlaqədar tədbir təşkil olunub.
Əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Vətən müharibəsi qazisi, 17 nömrəli tam orta məktəbin texniki işçisi Hacılı Lətif Kazım oğlu çıxış edərək müharibə xatirələrindən danışıb, gənclərə Vətəni sevməyin və onu qorumağın vacibliyini vurğulayıb.
Daha sonra ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,məktəbin direktoru Nərminə Abdullayeva,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayev,Şəki Regionu üzrə Təhsil Sektorunun məsləhətçisi Məftunə Abdullayeva çıxış edərək vurğulayıblar ki, 27 Sentyabr xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu,Şəhidlərimizin və qazilərimizin igidliyi,Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bizim bu gün qalib ölkənin övladları kimi yaşadığımızı, məktəblərdə keçirilən belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına böyük töhfə verdiyini qeyd ediblər.
Tədbirin təşkilinə görə Şəhid anası Kəmalə İzzətli bütün rəhbər heyyətə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.
Tədbirin sonunda şagirdlər şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, həmçinin xüsusi hazırlanmış bədii hissə ilə çıxış edərək qəhrəmanlarımızın xatirəsini yad ediblər.










