Xəbərlər
27 Sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar ETİHİ Səbail Rayonun ilk təşkilatların komitə sədrləri və 239 nömrəli məktəbin rəhbərliyi ilə birlikdə “Səbail Rayon Şəhidləri” abidəsini ziyarət etdilər.

27 Sentyabr - Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə, 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən Anım Günü kimi qeyd olunur.
Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunmuş ərazilərdə ucaldan, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq bu gün şəhid ailə üzvləri, ilk təşkilatların komitə sədrləri və 239 nömrəli məktəbin rəhbərliyi ilə birlikdə “Səbail Rayon Şəhidləri” abidəsini ziyarət etdik.
Allah bütün şəhidlərimizə rəhmət etsin!




