Xəbərlər
27 Sentyabr – Vətən Müharibəsi Şəhidlərinin Anım Günü
26/09/2025, 13:20

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin ərazisində yerləşən ümumtəhsil müəssisələrində 27 Sentyabr – Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar müxtəlif tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib,şagirdlər tərəfindən şeirlər səsləndirilib.
Tədbirlərdə məktəblərin İlk Həmkarlar Təşkilatlarının sədrləri də fəal iştirak edib, bu əlamətdar günün əhəmiyyətini vurğulayıblar.












