Xəbərlər
27 sentyabr 2025-ci il tarixdə Samux şəhərində Samux Şəhidləri Kompleksinin önündə “Anım Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

27 sentyabr 2025-ci il tarixdə Samux şəhərində Samux Şəhidləri Kompleksinin önündə “Anım Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Elm və Təhsil İşçiləri Samux Rayon Komitəsinin əməkdaşları, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin ruhlarına hörmət və ehtiram əlaməti olaraq Samux Şəhidləri Kompleksinin qarşısına gül dəstələri düzərək xatirələrini yad ediblər.
Saat 12:00-də vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb və səs siqnalları verilib.






