Xəbərlər
27 Sentyabr-Anım Günü
27/09/2026, 15:56

27 Sentyabr – Anım Günü ilə bağlı ETİHİ Cəlilabad rayon komitəsi və Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və təhsil müəssisələrinin kollektivləri Cəlilabad şəhərində yerləşən şəhidlərin xatirəsinə yaradılmış abidə-kompleksi ziyarət edib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib.
Şəhidlər ölməz, Vətən bölünməz!






