“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər davam edir

26/09/2026, 09:55
xeber1

27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin müxtəlif bölgələrində olduğu kimi, Göyçay rayonunda da silsilə tədbirlər davam etdirilir.


Anım Günü münasibətilə keçirilən tədbirlərdə şəhidlərin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad olunur, onların Vətən qarşısındakı misilsiz xidmətlərindən, göstərdikləri qəhrəmanlıq və şücaətdən bəhs edilir.


Tədbirlər çərçivəsində şəhid ailələri və qazilər ziyarət olunur, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulur, onların xatirəsi ehtiramla anılır. Keçirilən görüşlərdə Vətən uğrunda canından keçən qəhrəmanların həyat yolu, döyüş əzmi və vətənpərvərlik nümunələri haqqında geniş məlumat verilir.


Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu Qələbənin əldə olunmasında canlarını fəda edən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq.


27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq, xalqımızda vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.


Anım Günü münasibətilə keçirilən silsilə tədbirlər davam edir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: