“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

27 Sentyabr – Anım Günü münasibətilə Şəhidlər Xiyabanı ziyarət olunub.

28/09/2026, 18:08
xeber1

Anım Günü münasibətilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi və Salyan rayonunun təhsil işçiləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarət zamanı Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Şəhidlərimizin keçdiyi müqəddəs yol, göstərdikləri misilsiz qəhrəmanlıq və Vətən sevgisi hər birimiz üçün əbədi örnəkdir. Onların əziz xatirəsini yaşatmaq, gələcək nəsillərə tanıtmaq və şəhidlərimizin bizə miras qoyduğu Vətən sevgisini təbliğ etmək hər birimizin mənəvi borcudur.

Bu müqəddəs gündə bir daha bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə dərin ehtiram və minnətdarlığımızı bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: