Xəbərlər
27 sentyabr anım günü ziyarəti
01/11/2025, 02:46

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsi olaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsində şəhidlərimizin məzarlarını ziyarət etdik. Ruhlarına dualar oxundu, onların əziz xatirəsi ehtiramla yad edildi. Daha sonra Bakıdakı Zəfər Parkı ziyarət olunaraq, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın qəhrəmanlıq yolu bir daha minnətdarlıqla xatırlandı. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
#ETİHİ #ETİHİQARADAĞ















