Xəbərlər
27 Sentyabr – Anım Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi

Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.
Müsabiqədə şagirdlər Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını öz rəsmləri vasitəsilə ifadə etdilər.
Şagirdlərin hazırladıqları rəsm əsərlərində Vətən sevgisi, qəhrəmanlıq, milli birlik və şəhidlərimizin əziz xatirəsi öz əksini tapdı.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət və şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram hissini daha da gücləndirməkdir.
Tədbir çərçivəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi, onların qəhrəmanlığından və Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən bəhs olundu.
Məktəbin direktoru Novruzlu Bayram və məktəbin həmkarlar təşkilatının sədri Əmirova Afərim tərəfindən tədbir çərçivəsində məktəbdə təhsil alan şəhid övladına şagirdlər tərəfindən çəkilmiş rəsm əsərləri hədiyyə edildi.








