Xəbərlər
27 Sentyabr-Anım Günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin...

27 Sentyabr-Anım Günüdür
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
27 Sentyabr Anım Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı ,təhsil işçiləri ,ETİHİ Yevlax Şəhər Komitəsinin əməkdaşları, idarə, müəssisə, təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, qazilər və müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlərimizin xatirəsinə ucaldılmış Abidənin və Şəhidlərin məzarlarının üzərinə qərənfillər qoyublar.
Allah bütün şəhidlərimizə rəhmət etsin








