Xəbərlər
272 nömrəli tam orta məktəbin müəllimi Nazilə Seyidovanın 65 illik yubileyi qeyd olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin iştirakı ilə E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin dəyərli riyaziyyat müəllimi Nazilə Seyidovanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edənlər müəllim ömrünün yalnız illərlə deyil, yetişdirdiyi nəsillərlə ölçüldüyünü vurğulayaraq, Nazilə müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, şagirdlərin bilik və tərbiyəsindəki xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, o, peşəsinə sonsuz sevgi ilə yanaşaraq yüzlərlə şagirdin formalaşmasına, onların həyat yolunda uğur qazanmasına mühüm töhfələr verib.
Məktəbin direktoru Anar Mustafazadə və pedaqoji kollektiv yubilyarı səmimi qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıblar.
Tədbirin sonunda Nazilə Seyidovanın uzunillik səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi tərəfindən Fəxri Fərman ilə təltif olunub.
Nizami Rayon Komitəsi olaraq Nazilə müəllimə gələcək həyatında möhkəm cansağlığı, xoş günlər və yeni uğurlar arzulayır, təhsil sahəsindəki dəyərli xidmətlərinə görə təşəkkürümüzü bildiririk.






