Xəbərlər
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı

ETİHİ Daşkəsən Rayon Komitəsi 27 aprel 2026-cı il tarixində Daşkəsən şəhər A. Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Daşkəsən rayon Təhsil sektoruna aid olan ümumtəhsil məktəblərinin rəhbərləri və bir neçə nəfər işçiləri ilə birgə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərlərinə əməyin mühafizəsi ilə bağlı ümumi məlumat verilmiş, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartlarına uyğun olaraq işin qurulması tövsiyyə edilmişdir. Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə diqqətin artırılmasıdır.











