“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 aprel- Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar seminar müşavirə təşkil etmişdir.

07/04/2026, 22:19
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsi N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta mümumtəhsil məktəbin akt zalında 28 aprel- Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar seminar müşavirə təşkil etmişdir.  


Beynəlxalq Əmək Təşkilatının 2026 cı il üçün müəyyən etdiyi " Sağlam psixo-sosial iş mühitinin yaradılmasını təmin edək" devizi çərçivəsində keçirilən seminar müşavirədə DŞRTİ Rayon Sektorunun müdiri Rəşid Məmmədli, sektorun əməkdaşları ,DŞRƏM - in məsul işçisi Sənan Oruc, rayonun təhsil müəssisəsinin rəhbərləri, həmkarlar komitəsinin üzvləri iştirak etdilər.


 Təşkilatçılar tərəfindən rayonun təhsil müəssisələrində işçilərin əməyinin mühafizəsi , sağlam və təhlükəsiz iş mühitinin təşkili, eləcə də psixo-sosial iş mühitinin gücləndirilməsi istiqamətində görülmüş və görüləcək işlər elektron slaydlar, plakatlar şəklində təqdim olundu. Qarşılıqlı dialoq şəklində keçirilən seminar müşavirədə ilk təşkilatlarda əməyin mühafizəsi və təhlükəsizlik texnikasına əməl olunması sahəsində yaranmış problemlər bir daha aydınlaşdırıldı və lazımi tədbirlər görülməsi üçün əlaqədar təşkilatlara müraciətlərin ünvanlanması qərarlaşdırıldı. 


 Əməyin mühafizəsi, işçilərin sağlam ,təhlükəsiz iş şəraiti ilə təmin olunması və normal psixo-sosial mühitin yaradılması ilə əlaqədar maarifləndirici söhbətlərin bütün ilk təşkilatlarda ittifaq üzvlərilə aparılması müəassisə rəhbərlərinə tapşırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: