Xəbərlər
28 Aprel-Əməyin Mühafizəsi Günüdür.

ETİHİ Suraxanı rayon komitəsində hər il aprel ayının 28-i Beynəlxalq Əmək təşkilatı tərəfindən əməyin mühafizəsi və sağlamlığı ilə bağlı müxtəlif mövzulara diqqət yetirərək Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir.
2026-cı ildə BƏT Ümumdünya Əməyin Mühafizəsi Gününün “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi altında ETİHİ Suraxanı rayon komitəsi müəyyən tədbirlər keçirmişdir. Xidməti ərazidə yerləşən bütün müəssisələrdə “Sağlam psixoloji mühit”, “Əməyin mühafizəsinin əsas prinsipləri” , “Əməyin mühafizəsi məsələlərinin həllində ictimai birlikdlərin iştirakı”, “Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri”, “Əməyin mühafizəsi xidmətləri” və s mövzularda dəyirmi masalar, seminarlar, yığıncaqlar keçrilib. Tədbirlərin keçrilməsində xüsusilə rayonun 232, 318, 275, 285, 172, 315 və s №-li tam orta məktəblərində ictimai təşkilatları, mülki müdafiə işçilərinin və işə götürənlərin iştirakı ilə tədbirlər həyata keçirilib. Tədbirlərdə 750-dən çox ittifaq üzvləri iştirak ediblər.













