Xəbərlər
28 aprel Ümumdünya Beynəlxalq Əmək Günü

Beynəlxalq Əmək Təşkilatının ( BƏT ) təşəbbüsü ilə 2023-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılmasıdır. Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Respublikamızda əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunub, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilərək zəngin qanunvericilik bazası yaradılıb. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə əmək hüquqlarının təmin olunmasını diqqətdə saxlayır, onun tapşırıqları əsasında əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin tabeliyindəki təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.



















