“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 aprel-Ümumdünya Əməyin mühafizəsi günü

28/04/2026, 12:44
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon sektorunun birgə təşkilatçılığı ilə Ağstafa Rayon Heydər Əliyev Mərkəzində 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı, Rayon Mülki Müdafiə Qərərgahının rəisi Vüqar Həsənov, Ağstafa Rayon Dövlət Yanğından mühafizə hissəsinin rəis müavini Turxan Əlizadə, 1 Inci Psixoloji mərkəzin direktoru Musa Nəsibov, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Su təsərrüfatı idarəsinin məsul şəxsi və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Çıxışlarda əməyin mühafizəsinin əhəmiyyəti, iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi geniş şəkildə vurğulanmışdır. Mövzuya uyğun videoçarx nümayiş etdirilmiş, tədbir sonda müzakirə formatında davam etdirilərək yekunlaşmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: