Xəbərlər
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirci tədbir.

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi.
Tədbir Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün elan etdiyi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizinə həsr olunub. Tədbirin əsas məqsədi təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə səviyyəsinin artırılması, sağlam və təhlükəsiz iş mühitinin təşviqi, eləcə də psixososial risklərin azaldılması istiqamətində bilik və təcrübə mübadiləsinin təmin edilməsi olub.
Binəqədi Rayon Komitəsinin mühasibi Nuranə Hüseynova təhsil işçilərini salamlayaraq Ümumdünya Əməyin Mühafizəsi Gününün əhəmiyyətindən və təhsil müəssisələrində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasının vacibliyindən danışıb.
Daha sonra 135 nömrəli tam orta məktəbin psixoloqu Günay İbrahimli tərəfindən maarifləndirici təlim keçirilib. Təlimdə sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək devizi haqqında geniş məlumat verildi. Sağlam psixososial iş mühidinin yaradılması müəssisələrdə rəhbərliklə təhsil işçiləri arasında olan münasibətlərdə böyük rol oynayır. Bu münasibətlərin sağlam qurmaq təhsil işçisinin həm özü üçün həm müəssisə üçün vacibliyinidə qeyd etdi.
Tədbirdə məktəbin direktoru Şəfa Qurbanovada Əməyin Mühafizəsi mövzusu haqqında geniş çıxış etdi. Müəssisədə Əməyin Mühafisə mövzusunda il boyu məlumatlandırıcı tədbirlərdə təşkil olunur.
Bu cür tədbirlər təhsil müəssisələrində əməyin mühafizəsi mədəniyyətinin inkişafına, sağlam psixososial iş mühitinin formalaşdırılmasına və əmək münasibətlərində təhlükəsizlik standartlarının yüksəldilməsinə mühüm töhfə verir.








