Xəbərlər
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbir təşkil olundu

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Beynəlxalq Əmək Təşkilatının (BƏT) tövsiyyəsinə əsasən, bu il “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” devizi altında qeyd olunur.
ATİAHİ Binəqədi Rayon Komitəsinin təşkilatçılığı ilə 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət və fəal üzvlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbir zamanı əmək hüquqları, təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması, rəqəmsallaşmanın və süni intellektinin iş həyatına təsiri kimi mövzularda müzakirələr aparılmışdır. 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət çıxış edərək mövzu ilə əlaqədar maarifləndirici söhbət aparmışdır.
Əməyin Mühafizəsi barədə maarifləndirici tədbirləri davam etdirəciyik.






