Xəbərlər
28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Sağlam psixososial iş mühitini təmin edək” devizi altında ETİHİ Şəki Şəhər Komitəsinin xidmətində olan Şəki Dövlət Regional Kolleci və Şəki Dövlət Peşə Təhsil Mərkəzi də daxil olmaqla ümumilikdə 155 ilk təşkilatda silsilə tədbirlər keçirilib.
Tədbirlərdə təhsil müəssisələrinin direktorları, həmkarlar ittifaqı komitələrinin və əməyin mühafizəsi komissiyalarının sədrləri çıxış edərək iş yerlərində sağlam və təhlükəsiz mühitin yaradılmasının əhəmiyyətindən, psixososial risklərin qarşısının alınması yollarından,əməkdaşlar arasında sağlam münasibətlərin formalaşdırılmasının vacibliyindən danışıblar.
Çıxışlarda həmçinin vurğulanıb ki, əmək mühitində psixoloji rifahın qorunması işçilərin məhsuldarlığının artırılmasına, kollektivdə sağlam ab-havanın formalaşmasına və ümumilikdə təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkilinə mühüm töhfə verir.



