“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Goranboy rayonun ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər keçirilib.

24/04/2026, 09:33
xeber1

Tədbirlərin əsas məqsədi müəllimlərə və texniki işçilərə əmək fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini çatdırmaq, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində maarifləndirmə işini gücləndirmək olub. Bu çərçivədə iş yerlərində mövcud risk faktorları, onların vaxtında müəyyən olunması və aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə ətraflı məlumat təqdim edilib. Çıxış edənlər əməyin mühafizəsinin hüquqi əsasları, təhlükəsizlik texnikası qaydalarına riayət olunmasının zəruriliyi, fövqəladə hallarda davranış qaydaları və ilkin tibbi yardımın göstərilməsi ilə bağlı vacib məqamları diqqətə çatdırıblar. Bildirilib ki, təhlükəsiz əmək mühitinin formalaşdırılması yalnız rəhbərliyin deyil, hər bir işçinin məsuliyyətli yanaşmasını tələb edir. Eyni zamanda, tədbirlər zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, praktik nümunələr əsasında izahlar verilib və onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Müxtəlif maarifləndirici materiallar təqdim olunub, təhlükəsizlik qaydalarının gündəlik fəaliyyətə inteqrasiyasının əhəmiyyəti vurğulanıb. Sonda qeyd olunub ki, əməyin mühafizəsi hər bir işçinin sağlamlığının və həyatının qorunmasının əsas təminatçısı olmaqla yanaşı, ümumi iş mühitinin keyfiyyətinin yüksəldilməsinə, əmək intizamının möhkəmləndirilməsinə və fəaliyyətin səmərəliliyinin artırılmasına mühüm töhfə verir. Bu baxımdan, belə tədbirlərin mütəmadi təşkili xüsusi əhəmiyyət daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: