“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə məktəblərdə görüş keçrilir.

17/04/2026, 10:25
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İmişli Rayon Komitəsi tərəfindən İmişli rayon F. Quliyev adına Çaxırlı kənd tam orta ümumtəhsil məktəbi N. Abışov adına Qaralar kənd tam orta ümumtəhsil məktəbi R. Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəblərində “Əməyin mühafizəsi” mövzusunda maarifləndirici tədbirlər təşkil edilmişdir. Tədbirdə həmkarlar ittifaqının sədri Kərim Kərimov və Məktəb direktorları çıxış edərək sağlam pedoqoji mühitin formalaşması təhsilin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin faydalı iş əmsalının artmasına müsbət təsir etdiyi vurğuladılar.Natiqlər istehsalat qəzalarının qarşısının alınmasında maarifləndirici görüşlərin keçirilməsinin vacib olduğu diqqətə çatdırdı. Eyni zamanda fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları ilə bağlı iştirakçılara tövsiyələr verildi. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: