Xəbərlər
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Neftçala rayonunda bir sıra təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunub
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Neftçala rayonunda bir sıra təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunub. Belə ki, Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində, Əlif Piriyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində və Həsənabad qəsəbəsi 1 nömrəli körpələr evi–uşaq bağçasında keçirilən görüşlərdə əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsiz və sağlam iş mühitinin yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Tədbirlərdə çıxış edənlər bildiriblər ki, əməyin mühafizəsi yalnız iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması deyil, həm də əməkdaşların sağlamlığının qorunması, onların rahat və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsinin təmin edilməsidir.
Həmçinin vurğulanıb ki, sağlam və təhlükəsiz əmək mühiti işin keyfiyyətinə, kollektivin motivasiyasına və ümumi fəaliyyətin səmərəliliyinə birbaşa təsir göstərir.
Maarifləndirici görüşlərin əsas məqsədi əmək mühafizəsi sahəsində məlumatlılığı artırmaq, təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə vermək və təhsil müəssisələrində sağlam iş mühitinin təşviq olunması olub.







