“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə zona tədbiri keçirilib

17/04/2026, 15:42
xeber1

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Salyan Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” devizi altında Salyan rayonunda zona tədbiri keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova qonaqları salamlayaraq təhsil müəssisələrində əməyin mühafizəsinin vacibliyini vurğulayıb, bu günün əhəmiyyətindən bəhs edib.


Daha sonra ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə geniş məruzə ilə çıxış edərək sağlam psixososial iş mühitinin yaradılmasının müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini qeyd edib. O bildirib ki, sağlam iş mühitinin formalaşdırılması təhlükəsiz əmək şəraitinin təmin olunması, işçilərin hüquqlarının qorunması, psixoloji dəstəyin göstərilməsi, kollektivdə sağlam münasibətlərin qurulması və maarifləndirmə işlərinin gücləndirilməsi kimi əsas istiqamətləri əhatə edir.


Qeyd olunub ki, xüsusilə təhsil müəssisələrində sağlam mühitin yaradılması böyük əhəmiyyət daşıyır. Müəllim və şagirdlərin psixoloji vəziyyəti təlim-tədris prosesinin keyfiyyətinə birbaşa təsir göstərdiyindən, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşdırılması, stres amillərinin minimuma endirilməsi və sağlam kommunikasiya mühitinin qurulması zəruridir.


Çıxışının sonunda Mirzə Cəfərzadə “Sağlam mühit, sağlam təhsil, sağlam cəmiyyət deməkdir” fikrini xüsusi vurğulayaraq bütün qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməyə çağırıb.


Tədbirdə həmçinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Mülki Müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, kapitan Elmir Əhmədov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Zahid Sadıqov və Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Emin Ağayev mövzu ətrafında çıxış ediblər.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: