“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 APREL-ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜDÜR.

20/04/2026, 17:13
xeber1

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Salyan Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” devizi altında Salyan rayonunda zona tədbiri keçirildi.

Tədbirdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Respublika Komitəsinin məsul işçiləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Mülki Müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, kapitan Elmir Əhmədov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Zahid Sadıqov , Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Emin Ağayev, ETİHİ Hacıqabul, Şirvan, Neftçala, Biləsuvar Rayon Komitələrinin və  ilk həmkarlar təşkilatlarının sədrləri iştirak edirdi.

Müasir dövrdə sağlam psixososial iş mühitinin yaradılmasının , təhsil müəssisələrində müəllim və şagirdlərin psixoloji vəziyyəti təlim tədris prosesinin keyfiyyəti haqqında çıxışlarda səsləndi . Çıxış edənlər bildirdi ki, sağlam iş mühitinin formalaşdırılması , təhlükəsiz əmək şəraitinin təmin olunması, işçilərin hüquqlarının qorunması, psixoloji dəstəyin göstərilməsi, kollektivdə sağlam münasibətlərin qurulması əməyin mühafizəsinin əsas istiqamətlərindən biridir və “Sağlam mühit, sağlam təhsil, sağlam cəmiyyət deməkdir” .

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: