“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May - Azərbaycanın Müstəqillik Günüdür

26/05/2026, 16:00
xeber1

Ağcabədi rayon Hacıbədəlli kənd tam orta ümumtəhsil məktəbi və Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub. Tədbir Dövlət Himni ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edərək gənclərə vətənpərvər, savadlı və dövlətinə bağlı vətəndaş olmağı tövsiyə ediblər.

Tədbirdə ETİHİ Ağcabədi Rayon komitəsinin nümayəndəsi, müharibə iştirakçıları,kənd sakinləri iştirak etdi.

Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, musiqi nömrələri təqdim ediblər.

Sonda Azərbaycan tarixi üzrə keçirilmiş intellektual yarışda fərqlənən şagirdlər təşəkkürnamə ilə təltif edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: