Xəbərlər
28 May - tarixin yaddaşında müstəqillik və milli iradə günüdür”

28 May - tarixin yaddaşında müstəqillik və milli iradə günüdür”
Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında “28 May–tarixin yaddaşında müstəqillik və milli iradə günüdür” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştrakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül çiçək dəstələri düzmüş sonra tədbir Yeni Azərbaycan Partiyasının inzibati binasında davam etmişdir. Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olduğunu vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli respublikanın yaradılması xalqımızın milli iradəsinin, azadlıq və müstəqillik arzularının təntənəsi idi. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb









